Accessibility links

Venesuelada parlament seçkiləri keçirilir


Venesuelada parlament seçkiləri keçirilir
Venesuelada parlament seçkiləri keçirilir

Venesuelalılar bu gün parlament seçkilərində səs verirlər. Səsvermənin Milli Assambleyada müxalifət qanunvericilərinin sayını artıracağı güman edilir. Parlamentə nəzarəti əldə saxlamaq üçün prezident Uqo Çavez öz solçu müttəfiqləri uğrunda yüksək enerji ilə kampaniya aparıb. Aprel ayında müxalifət liderləri 165 yerlik Assambleyada hər kürsü üçün mübarizə aparacaqlarını vəd etmişdilər. 2005-ci ildə müxalifət seçkiləri baykot etmişdi. O vaxtdan bəri prezident Çavez öz istədiklərini ciddi debat olmadan qəbul etdirə bilib. Cənab Çavezin populyarlığı son iki ildə yüksək inflyasiya və cinayət səviyyəsi üzündən azalıb.

XS
SM
MD
LG