Accessibility links

Hüqo Çavez: "Yenidən seçilməyə hazıram!"


Venesuela lideri xərçəngdən xilas olduğunu və yenidən seçki kampaniyasına döndüyünü deyir

Venesuela Prezidenti Hügo Çavez deyir ki, o xərçəng xəstəliyindən tam sağalıb və yenidən seçkilər üçün kəskin mübarizəyə başlamağa hazırdır.

Bazar ertəsi cənab Çavez Karakas şəhərində jurnalistlərlə görüşündə bir il qabaq aşkar olunan xəstəlikdən “tam sağaldığını” bildirib. Dəqiq hansı xərçəng xəstəliyinə düçar olduğu bilinməsə də, ilkin müayinədən bəri 57 yaşlı lider xərçəng şişlərini kəsdirmək üçün çanaq nayihəsindən iki dəfə əməliyyat olunub və Kubada bir neçə dəfə radiasiya müalicəsi alıb. Cənab Çavez israrla bildirir ki, müalicəsi onun qüvvəsini azaltmayıb.

“Xoşbəxtlikdən, Allaha şükürlər olsun ki, mən burdayam. Gün keçdikcə fiziki vəziyyətim daha da yaxşılaşır. Mən tərəddüdsüz inanıram ki, siz jurnalistlərin təbirincə “fiziki məhdudiyyətlərim” seçki kampaniyasında heç bir rol oynamayacaq.”

Oktyabrın 7-də keçiriləcək prezident seçkilərində cənab Çavezin rəqibi keçmiş əyalət qubernatoru Henrik Kapriles olacaq. Prezident qeyd edir ki, o həftəsonu seçki kampaniyası çərçivəsində çıxışlarını artırmaq üçün Venesuela boyunca bir neçə mitinq keçirəcək. Qalib gələcəyi təqdirdə, Hüqo Çavez 2019-cu ilə qədər hakimiyyətdə qalacaq və prezident kimi 20-ci ildönümünü qeyd edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG