Accessibility links

Venesuala prezidenti Nikolas Maduronun xəbərdarlığına baxmayaraq minlərlə nümayişçi Venesuelanın paytaxtına axışıb.

Dünən müxalifət tərəfdarları Karakas şəhərində yürüş keçirərək Kubanın Venesuelanın işlərinə qarışmasını qınayıb.

Etirazçıların əksəriyyəti Kubanı ölkənin daxili məsələlərinə müdaxiləyə son qoymağa çağıran plakatlar qaldırıb.

Müxalifət rəsmi Havananı ölkələrində hökumət və hərbi məsələlərə dair qərarların arxasında dayanmaqda günahlandırır. Rəsmilər iddiaları rədd edir.

Fevral ayından cinayət, inflyasiya və ərzaq çatışmazlığı əleyhinə nümayişlər başlayandan bəri aksiyalarda insidentlər zamanı azı 25 nəfər dünyasını dəyişib.
XS
SM
MD
LG