Accessibility links

Vəba xəstəliyinə tutulmuş venesuelalıların sayı 185 nəfərə çatıb


Vəba xəstəliyinə tutulmuş venesuelalıların sayı 185 nəfərə çatıb
Vəba xəstəliyinə tutulmuş venesuelalıların sayı 185 nəfərə çatıb

Dominikan rəsmiləri xəstəliyin mənbəyi kimi Haiti ilə sərhəddə yerləşən şəhərdən alınmış lobsterdən şübhələnirlər

Venesuela səhiyyə naziri Dominikan Respublikasına ötən ay səfər edən zaman vəba xəstəliyinə tutulmuş insanların sayının 185 nəfərə çatdığını bildirib. Euceniya Saderin sözlərinə görə xəstələr Dominikan Respublikasında toy ziyafətində iştirak edən 450 nəfər arasındadırlar. Venesuela 100 nəfərin xəstəliyə düçar olduğu müəyyən ediləndən sonra toy ziyafətində iştirak edən hər bir kəsin tibbi yoxlamadan keçməsinə çağırıb. Associated Press-in bildirdiyinə görə Dominikan rəsmiləri xəstəliyin mənbəyi kimi Haiti ilə sərhəddə yerləşən şəhərdən alınmış lobsterdən şübhələnirlər. Haitidə vəba xəstəliyi oktyabr ayından bəri 4000 insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG