Accessibility links

Venesuellılar prezident Nikola Maduronun vəzifəsindən uzaqlaşdırılması məqsədilə referendum keçirilməsi tələbi ilə ölkə boyu yürüşlər keçirir.

Neftlə zəngin Venesuelanın inkişaf edən iqtisadiyyatı 2014-cü ilin ortalarında xam neftin qiyməti düşəndən sonra tənəzzülə uğrayıb.

Ölkədə yemək və dərman qıtlığı səbəbilə narazılıq artır. Bu isə Maduro və 1999-cu ildə onun mərhum sələfi Huqo Çavezin başlatdığı sosialist inqilabını təhlükə altına salır.

Paytaxt Karakasda aparıcı müxalif siyasətçilər 10 dəqiqəlik oturaq aksiya keçirərək, seçki rəsmilərinin mürəkkəb vəzifədən azad edilmə prosesinin növbəti mərhələsinə start vermələrini tələb edib.

Maduronun tərəfdarlarının yaxınlıqda yürüş keçirməsi iki qrup arasında qarşıdurma ehtimalı ilə bağlı narahatlıq yaradıb.

Əleyhdarlar Maduronun 2019-ci ildə başa çatması planlaşdırılan prezidentliyinə daha erkən son qoymaq üzərində sadə səsvermənin keçirilməsini təmin etmək üçün 4 milyon imza toplamalıdırlar.

Rəy sorğuları göstərir ki, dekabrda keçirilən və müxaliftin qələbəsi ilə başa çatan parlament seçkilərindən bəri Maduronun vəzifəsindən azad edilməsini dəstəkləyənlərin sayı artıb.

Ancaq Maduronun vəzifəsindən uzaqlaşdırılma prosesi 2017-ci ilədək uzansa, prezindetlik müddətini Maduronun vitse-prezidenti bitirəcək ki, bu da müxalifətin hakimiyyəti ələ keçirmək imkanının qarşısını alacaq.

XS
SM
MD
LG