Accessibility links

Karakasın meri dövlət çevrilişi ittihamı ilə həbs edilib


59 yaşlı mer ABŞ-ın dəstəyi ilə hərbi çevriliş planlaşdırmaqda təqsirləndirilir

Venezuela polisi Karakasın meri və müxalifət lideri Antonip Ledezmanı həbs edib. Venezuela höküməti Ledezmanı ABŞ-ın dəstəyi ilə ölkədəki sosialist hökümətə qarşı çevriliş planı hazırlamaqda ittiham edib.

Cümə axşamı təhlükəsizlik xidmətinin maskalı və kamufljay geyimli ağır silah daşıyan üzvləri Lezmanın ofisinin qapısını sındırırıb və havaya xəbərdarlıq atəşləri açaraq onu həbs edib.

Prezident Nikola Maduro 59 yaşlı meri hərbi aviasiya zabitləri ilə birlikdə çevriliş planlaşdırmaqda təqsirləndirir.

“Dövlət prokurorunun əmri ilə Mer Ledezma saxlanılıb və Venezuela ədliyyə sistemi tərəfindən ölkədəki sülhə qarşı törətdiyi cinayətlərə görə hökm olunaca,” deyə cənab Laduro bildirib.

Prezident bildirib ki, plana Vaşinqton rəhbərlik edib və maliyyələşdirilib. Cümə axşamı Dövlət Departamentinin sözçüsü ittihamları “əsassız və saxta” adlandırıb.

Prezident Maduro və ondan əvvəlki dövlət başçısı, mərhum Huqo Çavez müntəzəm olaraq ABŞ-ın dəstəklədiyi çevriliş cəhdlərindən söz açıb, lakin bu ittihamları dəstəkləyəck heç bir sübut göstərməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG