Accessibility links

Hər il dünyada vərəm xəstəliyindən 74 min uşaq vəfat edir. Səhiyyə rəsmiləri bu xəstəliklə mübarizənin mümkünlüyünü bildirir. Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşları uşaqların müdafiəsi məqsədi ilə yol xəritəsi hazılayıb.

Yol xəritəsində deyilir ki, vərəmdən uşaq ölümü probleminə göz yumulmamalıdır. Ümumdünya Səhiyyə Təşkilatının vərəm üzrə qlobal proqramının direktoru Mario Raviqlionenin dediyinə görə, günahı təkcə texniki səbəblərdə axtarmaq lazım deyil.
Dünyada hər il 500 min yeni vərəm xəstəsi aşkarlanır. Lakin uşaqlarda bu xəstəliyi proqnozlaşdırmaq asan olsaydı, xəstələrin sayı qat-qat artıq olardı.

“Əgər böyüklərdə xəstəlik qızdırma, öskürək, tərləmə və arıqlamaqla müşayiət edilirsə,uşaqlarda sumptomlar fərqli olur. Əgər bunlar nəzərdən qaçırılsa, asanlıqla səhv diaqnoz qoymaq olar.”

Həkimlər xəbərdarlıq proqramlarının vacibliyini vurğulasalar da, xəstəliyin əsasən yoxsul bölgələrdə yayılması işi çətinləşdirir. Belə ki, yoxsul bölgələr səhiyyə xidmətləri, dərman və digər lazımi avadanlıqdan məhrumdur.

Vərəm yol xəritəsinin həyata tətbiqi 120 dollar vəsait tələb edir. Lakin doktor Raviqlione bu məbləği uşaq ölümü ilə müqayisədə heç hesab edir.

“Uşaqlar üçün vərəm yol xəritəsi:Ölümə yox” proqramı Ümumdünya Səhiyyə Təşkilatı,ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi, UNİSEF,USAİD və bir sıra GHT-lər tərəfindən hazırlanıb.
XS
SM
MD
LG