Accessibility links

Aktrisa Sofiya Verqara xəstəliyini yaymamaq üçün evindən çıxmır [Fotoqalereya]


Sofiya Verqaranın cərrahiyə əməliyyatından keçdiyinə görə 2013-cü il Oskar mükafatı mərasimində iştirak edə bilməməsi barədə yayılan şaiələrin yalan olduğunu və sadəcə soyuqladığını və evdə müalicə olunduğunu deyib.

The Modern Family teleserialının ulduzunun Los Anjelesdə keçirilən builki Oskar mükafatı mərsimində qırmızı xalının üzərindən keçəcəyi, daha sonra isə Madonnanın məclisinə qoşulacağı gözlənilirdi. Lakin sonra onun xəstəxanada olduğu və müəmmalı cərrahiyə əməliyyatı keçirdiyi haqda şaiyə yayılmışdır.

Lakin Sofia məsələyə aydınlıq gətirmək üçün çarpayıda xəstə vəziyyətdə çəkdirdiyi şəklini Twitter səhifəsində yerləşdirib. O, Twitter hesabında Oskar mükafatı namizədlərinə xəstəliyini yaymamaq üçün mərasimi televiziya vasitəsi ilə izlədiyini deyib. Göründüyü kimi narahatlığa heç-bir səbəb yoxdur. Sofiyaya tezliklə ayağa qalxmaq arzulayıq.
XS
SM
MD
LG