Accessibility links

ABŞ-ın nəhəng əczaçılıq şirkətləri birləşmə planlarını təxirə salıb


Dərman preparatları istehsalçıları olan Pfizer Allergan şirkətləri birləşmə planlarını təxirə salır. Buna səbəb ABŞ Maliyyə Nazirliyinin Amerika şirkətlərinin vergilərini azaltmaq üçün üz tutduqları vergi inversiyalarının qarşısını almaq haqda qərarı olub.

Şirkətlərin rəsmi açıqlamanı çərşənbə günü edəcəyi gözlənilir.

Ötən ilin noyabr ayında iki şirkət arasında birləşmə haqda 160 milyard dollarlıq razılıq əldə olunub. Razılığa əsasən Allergan kimi Pfizer vergilərin daha az olduğu İrlandiyaya köçürüməli idi. Bu, hər iki şirkətin daha çox maliyyəyə qənaət etməsinə səbəb ola bilərdi.

Birləşmə müqaviləsinə əsasən isə indi Pfizer müqaviləni sona çatdırmaq üçün Allergana 400 milyon dollar ödəməlidir.

Çərşənbə axşamı ABŞ prezidenti Barak Obama Pfizer planı ilə bağlı şərh verməsə də, bu cür vergidən yayınma hallarının “qlobal problem” olduğunu deyib.

Obama Respublikaçıların nəzarət etdiyi Konqresi vergi inversiyası praktikasına qadağa qoymağa çağırıb.

Maliyyə naziri Ceykob Lyu Konqresin üzərinə şirkətlərin bu praktikadan istifadə etməsinin qarşısını almaq kimi vəzifə düşdüyünü deyib. O həmçinin əlavə edib ki, Konqres bunu edənədək kreativ mühasiblər ABŞ vergilərindən yayınmağın yeni yollarını tapacaqlar.

Show comments

XS
SM
MD
LG