Accessibility links

Vertikal kənd təsərrüfatı [Video]


“Vertikal kənd təsərrüfatı” adlı yeni yanaşma əkinçilik mövsümü, bol su, gübrə və pestisidlərdən asılı ənənəvi kənd təsərrüfatı anlayışını sürətlə dəyişir. Nyu Cersidə qərargahlanan AeroFarms şirkəti yüksək dərəcədə məhsuldar, iqtisadi cəhətdən isə sərfəli texnologiya inkişaf etdirib. Bu texnologiya sayəsində daha az su, gübrə və kimyəvi maddələrdən istifadə edərək tərəvəz yetişdirmək olur. Bunun isə ətraf mühitə böyük təsiri var.

Nyuarkın şəhər landşaftı ənənəvi fermadan çox uzaqdır.

Biz toxumu 95 faiz daha az su istifadə edərək yetişdiririk. 16 gün ərzində bizim hər kvadrat futa əldə etdiyimiz məhsul tarladan 80 dəfə daha çoxdur.

Amma burada AeroFarms öz anbarını açıb.

Şirkətin anbarında il boyu fəaliyyət göstərən yaşıl tərəvəzlərin LED işıqlar, aeroponik duman və yenidən istifadə edilə bilən bez parçaları vasitəsi əkib-becərilmə laboratoriyası var.

AeroFarms-ın həmtəsisçisi və baş icraçı direktoru Deyvid Rosenberq deyir ki, şirkətin tərəvəz yetişdirmək qərarı həm şirkət, həm də ətraf mühit üçün faydalıdır.

“Biz toxumu 95 faiz daha az su istifadə edərək yetişdiririk. 16 gün ərzində bizim hər kvadrat futa əldə etdiyimiz məhsul tarladan 80 dəfə daha çoxdur,” deyə o bildirir.

Bu laboratoriyada ənənəvi kənd təsərrüfatından 50 faiz daha az gübrədən istifadə olunur, kimyəvi maddələrdən isə heç istifadə edilmir.

AeroFarms

AeroFarms

Qapalı fermalar artıq dörd qitədə fəaliyyət göstərir və bu yaxınlarda Nyuarkda digər 6500 kvadrat metrlik obyektin açılacağı gözlənilir. AeroFarmın məqsədi istehsal səmərəliliyini və bütün dünyada əsas təsnifat mərkəzlərinə yaxın yerlərdə əməliyyatları artırmaqdır.

"Biz hər bir böyük şəhəri fürsət kimi dəyərləndiririk. Biz şəhərin sıxlığını, əhalisini, yarpaqlı göyərti yeyən insanları nəzərə alırıq,” deyə AeroFarms-ın baş marketinq direktoru Mark Oşima bildirir.

Şirkətin fermaları həmçinin dequstasiya laboratoriyası kimi fəaliyyət göstərir. AeroFarms-ın diyetoloqu Alina Zolotareva deyir ki, ictimai səhiyyə baxımından onun məqsədi insanları daha çox göyərti-tərəvəz yeməyə təşviq etməkdir. Bunun üçün isə dad çox önəmlidir.

Şagirdlər AeroFarms-da göyərti yetişdirir

Şagirdlər AeroFarms-da göyərti yetişdirir

Alina Zolatareva: “Əsasən də amerikalılar kifayət qədər göyərti yemir. Buna görə də, məni ən çox həyəcanlandıran burada bir çox dadların olmasıdır. Bu tamlar tərəvəz yeməyi daha əyləncəli bir hala çevirir.”

Bu, o dərəcədə əyləncəlidir ki, yaxınlıqda yerləşən Phillips Academy orta məktəbinin şagirdlərinin özlərinin miniatür AeroFarms laboratoriyası var və onlar orada yeyəcəkləri tərəvəzləri yetişdirirlər.

XS
SM
MD
LG