Accessibility links

Ekipajın üç üzvü həlak olub

Fevralın 11-də Bakının Şıx ərazisində Müdafiə Nazirliyinin Mİ-17 helikopteri qəzaya uğrayaraq dənizə düşüb. Nəticədə ekipajın üç üzvü həlak olub.

Hərbi mənbələrin məlumatına görə, helikopter Qala hərbi aerodromumdan qalxaraq Kürdəmirə uçurmuş. Qəzanın səbəbləri məlum deyil.

Müdafiə Nazirliyi hərbi vertolyotun qəzaya uğradığını təsdiq edib.

Nazirliyin mətnuat xidmətinin məlumatına görə, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb.

Hazırda xilasetmə tədbirləri həyata keçirilir.
XS
SM
MD
LG