Accessibility links

Vester Flaniganın aldğı yaradan öldüyü təsdiq olundu

Virciniya ştatında iki jurnalisti qətlə yetirməkdə şübhəli bilinən adamın axtarışı bitib.

Öldürülən jurnalistlərin çalışdıqları telekanalda işləmiş 41 yaşlı Vester Flanigan Vaşinqton civarındakı magistral yolda polis tərəfindən saxlandıqdan sonra özünü güllələyib.

Televiziyada Bryce Williams adı ilə tanınan Flaniganın öldüyü təsdiq olunub.

TV jurnalistlərinə hücum Virciniyanın cənub-qərbindəki Roanoke şəhərində baş verib.

İki televiziya jurnalisti çalışdıqları WDBJ7 telekanalında canlı yayım zamanı odlu silahdan açılan atəş nəticəsində qətlə yetiriliblər. Bu barədə məlumatı WDBJ7 telekanalı yayıb.

Hadisə Bedford qraflığında baş verib və canlı yayım zamanı atəş səsləri eşidilib və müsahibə alan jurnalist qışqırmağa başlayıb.

Telekanal bildirib ki, hadisə zamanı jurnalist Alison Parker və Adam Vard dünyasını dəyişib.

XS
SM
MD
LG