Accessibility links

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində problemlər müzakirə edilib


Şəffaflıq Azərbaycan-logo
Şəffaflıq Azərbaycan-logo

Vətəndaş cəmiyyəti bu sahədə korrupsiya risklərini minimuma endirilməsini istəyir

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və problemləri” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və digər dövlət orqanlarının, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib.

İştirakçılar bildirib ki, son illərdə vətəndaşlıq vəziyyəti aktlarının reyestri sahəsində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib.

Amma qanunvericilikdə dəyişikliklər edilməsinə, elektron xidmətlərin təqdim olunmasına baxmayaraq, çətinliklər hələ də qalmaqdadır.

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan problemlər aradan qaldırılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG