Accessibility links

BMT eksperti: Azərbaycanın vətəndaş cəmiyyəti ən pis vəziyyətlə qarşılaşıb [Video]


BMT-nin eksperti: Azərbaycanın vətəndaş cəmiyyəti ən pis vəziyyətlə qarşılaşıb
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Azərbaycan hakimiyyəti BMT-nin Xüsusi Məruzəçisinin bəyanatını qərəzli sayır

Birləşmiş Millətlər Təşkilatının müstəqil eksperti Mişel Forst Azərbaycan hökumətini insan hüquqları müdafiəçilərinin dinc və qanuni fəaliyyətlərini kriminallaşdırmağı dayandırmağa, həbsdə olan bütün hüquq müdafiəçilərini azad etməyə, onlara və ailə üzvlərinə qarşı cinayət və inzibatı sanksiyaları ləğv etməyə çağırıb.

“Son üç ildə Azərbaycanın vətəndaş cəmiyyəti ölkənin müstəqillik qazandığı vaxtdan bəri ən pis vəziyyətlə qarşılaşıb”, BMT-nin Xüsusi Məruzəçisi Azərbaycana ilk səfərinin yekunları ilə bağlı sentyabrın 22-də BMT-nin Bakı ofisində keçirdiyi mətbuat konfransında insan hüquqları müdafiəçilərinin vəziyyəti barədə danışıb.

“Onlarla QHT, onların rəhbərləri, üzvləri və onların ailə üzvləri inzibati və hüquqi təqibə məruz qalıb, habelə əmlakları müsadirə edilib, bank hesabları bağlanıb, xarici ölkələrə səfər etmələrinə qadağa qoyulub və onlara qarşı küllü miqdarda vergi cərimələri tətbiq edilib və hətta həbsə salınıb", ekspert deyib.

“Ən azı 20 jurnalist və blogerə qarşı tənqidi fikirlərini bildirdiklərinə görə hər yolla sanksiya irəli sürülüb və müstəqil informasiya agentliklərinin lisenziyaları ləğv edilib”, cənab Forst qeyd edib.

“Toplaşma azadlığının əsas problemlər üzrə ictimai dialoqun aparılmasında həlledici rol oynamasına baxmayaraq, Azərbaycanın dövlət orqanları toplaşma imkanını geniş anlamda tənzimləməklə bu hüququ məhdudlaşdırıb və insan hüquqları müdafiəçilərinin ictimai yığıncaqlar üçün etdikləri müraciəti rədd edib”, BMT eksperti söyləyib.

Dinc etirazlara qarşı zorakı cavab insidentləri və nümayişçilərin həbsindən başqa, cənab Frost səfər zamanı 26 sentyabr tarixində konstitusiyaya düzəlişlərlə bağlı qarşıdan gələn referenduma həsr olunmuş 17 sentyabrda keçiriləcək dinc toplaşmaqdan qabaq xəbərdarlıq edilmiş, həbs edilmiş və saxlanılmış ayrı-ayrı şəxslər və müdafiəçilərlə bağlı ən azı 45 işi sənədləşdirib.

Ekspertə görə, son illər Azərbaycanda yerli və beynəlxalq QHT-lərin iri miqyasda təqib edilməsi, - həmin QHT-lərin bağlanması, təşkilatların bank hesablarına həbs qoyulması və rəhbərlərinin həbsi, QHT üzvlərinin dəfələrlə dindirilməsi, QHT-lərin maliyyə fəaliyyətlərinin vergi yoxlamaları və bunun da nəticəsində onlara ağır cərimələrin tətbiq edilməsi, səfər etmələrinə qadağa qoyulması, eləcə də QHT üzvlərinin sərhəd keçid məntəqələrində alçaldıldığı və ayrı-seçkiliyə yol verilən fiziki yoxlanmaları əhatə edir.

“QHT-lər üçün onsuz da mövcud olan olduqca ağır mühit 2013-2015-ci illərdə vətəndaş cəmiyyəti əsasnamələrinə edilən qanunvericilik dəyişiklikləri səbəbindən ümumi böhrana çevrilib”, Xüsusi Məruzəçi qeyd edib və assosiasiyaların azadlıq hüquqlarına edilən kəskin maneədən, hüquq müdafiəçilərinin ağır dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərmələrinə mane olunmasından, maliyyə yardımı almalarının qarşısının alınmasından və QHT-lər üçün inzibati cərimələrin artırılmasından narahatlığını bildirib.

O, “insan hüquqları müdafiəçilərinə qarşı cəza münasibətinə” öz təəssüfünü bildirib və hökuməti “siyasətlərində mümkün fikir ayrılığı və tənqidin mövcud olmasına baxmayaraq, vətəndaş cəmiyyətinə daha dəstəkləyici yanaşma göstərməyə” çağırıb.

Azərbaycan hökumətinin hələ beynəlxalq və regional insan hüquqları mexanizmlərini yerinə yetirməli olduğunu müşahidə edərək, cənab Forst qəti şəkildə bu yerinə yetirilməmiş tövsiyələrin həyata keçirilməsi üzrə tədbirlər planı ilə nəticələnəcək mexanizmin yaradılmasına çağırıb.

O, hökuməti “vətəndaş cəmiyyəti təşkilatları ilə körpü yaratmağa, geniş və inklüziv iştirakı təmin etməklə insan hüquqları müdafiəçiləri ilə müntəzəm və konstruktiv dialoq aparmağa çağırıb.

“İnanıram ki, bu cür dialoq və iştirak tamamilə Azərbaycan dövlətinin maraqları dairəsindədir”, ekspert qeyd edib.

BMT-nin Xüsusi Məruzəçisi hökumət tərəfindən cari qanunvericilik və təcrübələri beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırmaq üçün onları yenidən nəzərdən keçirilməklə vətəndaş cəmiyyəti məkanının gücləndirilməsi və səylərin dəstəklənməsi yollarının müəyyən edilməsində gələcək konstruktiv dialoqa hazır olduğunu qeyd edib.

Hökumətin dəvəti ilə doqquz günlük səfəri zamanı ekspert hökumət rəsmiləri, məhkəmə hakimləri, ombudsman, eləcə də insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri, media və diplomatlarla görüşüb.

Cənab Forst gəldiyi nəticələr və tövsiyələr barədə yekun hesabatını 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

Mişel Fost (Fransa) 2014-cü ildə İnsan Hüquqları Şurası tərəfindən insan hüquqları müdafiəçilərinin vəziyyəti ilə bağlı BMT-nin Xüsusi Məruzəçisi təyin olunub.

Öz növbəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC dövlət agentliyinə müashibəsində BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun Bakıda keçirdiyi mətbuat konfransında ölkədə vətəndaş cəmiyyətinin ən ağır dövrünü yaşanası ilə bağlı bəyanatına münasibət bildirib.

Cənab Həsənov bildirib ki, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir.

“Təəssüf ki, cənab Mişel Forstun məruzəsində balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı “faktlar” araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmamışdır. “Freedom Hause” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “heabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülmüşdür”.

Həsənov deyib ki, Azərbaycan demokratik, hüquqi dövlətdir, ölkədə bütün məsələlər qanun çərçivəsində tənzimlənir, hakimiyyət bölgüsü qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında tarazlılığı təmin edir.

“Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq və digər azadlıqlar təmin olunmuşdur. Yüzlərlə KİV, QHT, onlarla siyasi partiya fəaliyyət göstərir, ictimai-siyasi proseslərdə fəallıqları ilə seçilir, öz mövqelərini açıq şəkildə bəyan edirlər”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG