Accessibility links

Vətəndaş forumu keçiriləcək


Vətəndaş Cəmiyyəti Forumu milli platformasının iclası

Vətəndaş Cəmiyyəti Forumu milli platformasının iclası

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi martın 31-də keçirdiyi iclasında vətəndaş forumunun keçirilməsi barədə qərar qəbul edib.

Aprelin ortalarında keçiriləcək forumda vətəndaş cəmiyyətinin problemləri, o cümlədən QHT-lərin qeydiyyatı, qrantlar, QHT hesablarına həbslərin qoyulması, vətəndaş fəallarının ölkədən çıxışına məhdudiyyətlərin olması, söz azadlığı, siyasi məhbuslar problemləri və digər məsələlər müzakirə olunacaq.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramının vətəndaş cəmiyyəti forumunun milli platformasının toplantısında guya QHT probleminin olmaması - hesablardan həbslərin götürülməsi, cinayətlərə xitam verilməsi, xarici gedişə məhdudiyyətlərin aradan qaldırılması kimi səslənən fikirləri təkzib edib.

"Sözügedən problemlər qalır və QHT problemləri sırasında heç bir məsələ öz həllini tapmayıb”, o qeyd edib.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev də bunu təsdiqləyib.

2012-ci ildə O.Gülalıyevə qarşı qaldırılmış cinayət işi dayandırılmayıb.

“Həmçinin 2013-cü ildə mənim oğluma qarşı qaldırılan uydurma cinayət işi dayandırılmayıb. O, fiziki zorakılığın qurbanı olub", - O. Gülalıyev vurğulayıb.

Bəzi şəxslərin, o cümlədən araşırmaçı jurnalist Aynur İmranovanın barəsində qanunsuz məhdudiyyət hələ də qalır. O, müalicə almaq üçün xaricə gedə bilmir.

“Hərəkətlə bağlı qanunsuz məhdudiyyətlərə dair məhkəmə çəkişməsi hakimiyyət tərəfindən süni şəkildə yubadılır və heç bir müsbət qərar yoxdur”, A.İmranova iclas zamanı bildirib.

Qarşıdakı forumda bu məsələlərin müzakirəsi gözlənilir.

Forumda müstəqil QHT və KİV nümayəndələrinin geniş iştirakı planlaşdırılır.

XS
SM
MD
LG