Accessibility links

Nyutaun şəhər məktəbində öldürülən altı qadın “Vətəndaş Medalı"na layiq görüldü


ABŞ prezidenti Barak Obama ötən il məktəbdə baş verən güllələmə hadisəsində həlak olan 6 müəllimi şərəfləndirib.

Konnektikut ştatının Nyutaun şəhər məktəbində 20 şagirdlə bərabər öldürülən bu qadınların ailə üzvləri “Vətəndaş medalı” mərasimdə iştirak edərək,medalları qəbul edib.

Prezidentin medalına İraq müharibəsi veteranları, əlil qız və qadınlara yardım fondunun təsisçisi də layiq görülüb.

“Vətəndaş Medalı”na 6 min adam nominasiya edilmişdi.
XS
SM
MD
LG