Accessibility links

ABŞ prezidenti veteranlara təşəkkürünü bildirib


ABŞ prezidenti Barak Obama İkinci dünya,Koreya,Vyetnam,İraq və Əfqanıstan müharibələri veteranlarına təşəkkürünü bildirib.

Həftəlik radio mürəciətini Veteran Gününə həsr edən dövlət başçısı deyib ki, veteranlara təşəkkür etməklə kifayətlənmək olmaz.

Prezident hökumətin veteranları vətənə qayıtdıqdan sonra işlə təmin etmək, onların özəl sektorlarda iş tapmalarını asanlaşdırmağa çalışdığını bildirib.

ABŞ qüvvələrinin baş komandanı olan Barak Obama veteranların təhsil imkanlarının yaxşılaşdırılması, kolleclər və universitetlərin onların üzünə açılmasının vacibliyini vurğulayıb.

ABŞ-da Veteran Günü bazar ertəsi, noyabr ayının 11- qeyd edilir.
XS
SM
MD
LG