Accessibility links

ABŞ-da turizmə təkan vermək məqsədilə vətəndaş haqları irsləri qorunub saxlanılır [Video]


Martın 7-də Alabamanın Selma şəhərində ağdərili polislərin nümayişçilərə hücum etməsinin 50-ci ildönümü qeyd olunacaq

Hollivudun Selma filmindən sonra ABŞ-ın 1950-1960-cı illərin vətəndaş hüquqları hərəkatına böyük maraq yaranıb. Martın 7-də ABŞ prezidenti Barak Obama bütün xalqla birgə “Qanlı bazarı”, yəni Alabamanın Selma şəhərində ağdərili polislərin nümayişçilərə hücum etməsinin 50-ci ildönümünü qeyd edəcək. Bu hadisə 1955-ci ildə qaradərili insanlara səsvermə hüququ bəxş edən qanunun qəbuluna səbəb oldu.

Bu, sadəcə çox gözəl hissdir ki, əcdadlarımızın sayəsində bizim səsvermə və digər hüquqlarımız var

50 il sonra ABŞ-ın cənub ştatlarının əhalisi həyatlarının qaranlıq səhifələrindən istifadə edərək turizmi inkişaf etdirmək istəyir.

1965-ci ildə polisin səsvermə hüququ tələb edən dinc nümayişçiləri döyməsi diqqətləri Alabamanın Selma şəhərinə cəlb etdi.

Qanlı bazardan bir neçə gün sonra Martin Lüter Kinq oğul tarixi səsvermə hüququ yürüyüşündə iştirak edən minlərlə insana başçılıq etdi.

İndi 50 il sonra bu tələbələr Selmada eyni yerə vətəndaş haqları uğrundakı mübarizə və bu hərəkatda iştirak edən insanlar haqqında məlumat öyrənməyə gəlirlər.

“Bu, sadəcə çox gözəl hissdir ki, əcdadlarımızın sayəsində bizim səsvermə və digər hüquqlarımız var”.

Edmund Pettus körpüsündəki qarşıdurma ağdərililərin üstünlüyünün, ayrö-seçkilik və cənubun bəzi yerlərində səsvermə hüquqları olmayan milyonlarla Afrika mənşəli amerikalının acınacaqlı vəziyyətlərini ifşa etdi.

“Biz dünyaya çatdırmalıyıq ki, biz səsvermə hüququnun inkar olunması və polis qəddarlığından ibarət ikiqat fəlakətə qarşı mübarizə aparmalıyıq”.

Son on il ərzində bir zamanlar keçmişlərindən utanan cənub icmaları artıq keçmişlərini qəbul edib, vətəndaş haqları uğrunda mübarizə gedən yerlərə turistləri cəlb etməyə çalışırlar. Li Sentel Alabamanın turizm direktorudur.

“Bizim işimiz insanlara Martin Lüter Kinqin çıxışlarından savayı baş verən hadisələri anlatmaqdır, çünki elə adi vətəndaşlar var idi ki, onlar çox şey itirdi- işlərini, həyatlarını. Onların nümayişlərinin məqsədi cənuba, ölkəyə və dünyaya dəyişiklik gətirmək idi”.

Alabama ştatı, əsasən də turizm departamenti, artıq vətəndaş haqlarının iqtisadi artıma və inkişafa təkan verdiyini anlayır. Onlar görürlər ki, insanlar maraqlanır və biz bu tarixi qoruyub saxlamalıyıq. Bələ etməklə, daha çox insan gəlir və bu, turizm yaradır

“Qanlı bazarda nümayişçilər döyüldükdən sonra onlar mənə zəng etdi və mən həmin gecə oraya getdim”.

Vəkil Fred Qrey və onun həyat yoldaşı 1997-ci ildə Taskeqidə bu balaca muzeyi təsis ediblər. İndi bu muzey Alabamada insanları irqi diskriminasiyaya qarşı mübarizə barədə məlumatlandırır. Qrey ümid edir ki, ştat daha çox vətəndaş haqları məkanları təsis edəcək.

“Alabama ştatı, əsasən də turizm departamenti, artıq vətəndaş haqlarının iqtisadi artıma və inkişafa təkan verdiyini anlayır. Onlar görürlər ki, insanlar maraqlanır və biz bu tarixi qoruyub saxlamalıyıq. Bələ etməklə, daha çox insan gəlir və bu, turizm yaradır”.

Birmiqamda hər il vətəndaş haqları məkanlarını 200 min insan ziyarət edir.

“Məncə, bizim vətəndaş haqları tariximiz insanları bu haqlar üzərində mübarizə edən insanlar, eləcə də bizim indiki və gələcək yaşamımız barədə öyrənmək məqsədilə ştatımıza cəlb edəcək. Bu isə şəhərlərimizin inkişafına lazım olan maddi dəstək vərəcək”.

Cənubda icmalar tarixi lövhələr asır, muzeylər inşa edir və hu hərəkatda mühum rol oynayan kilsələri bərpa edirlər.

Melissa Qrey öz ailəsini Selmaya gətirib.

“Firkrimcə, biz tariximizi anlamasaq, tarixi təkrarlaya bilərik. Bu, bizim ata-babalarımızın apardıqları mücadiləni görməyən uşaqlarımız üçün çox vacibdir”.

Selmada insanlar vətəndaş haqları turizmindəki artıma sevinirlər. Onlar ümid edirlər ki, bu, yeni iş yerləri yaradaraq və şəhərin inkişafına kömək edərək onların zəif iqtisadiyyatına təkan verəcək.

XS
SM
MD
LG