Accessibility links

Vəfa Quluzadə:Sovet ideologiyası və cinayətlərinin mühakiməsi üçün yeni Nüremberq lazımdır


Vəfa Quluzadə:Sovet ideologiyası və cinayətlərinin mühakiməsi üçün yeni Nüremberq lazımdır

Vəfa Quluzadə:Sovet ideologiyası və cinayətlərinin mühakiməsi üçün yeni Nüremberq lazımdır

SSRİ-nin dağılmasından 20 il keçir. 1990-cı ildə Azərbaycan prezidentinin müşaviri olmuş və hazırda Xəzər Araşdırmaları Fondunun prezidenti Vəfa Quluzadə həmin hadisələri necə xatırlayır?

Sual:Azərbaycanda nələr baş verirdi?

Cavab:Azərbaycan olduqca acınacaqlı vəziyyətdə idi. Bir yandan Moskvanın əsgəri kompleksi Qarabağ münaqişəsini alovlandırır, Azərbaycan hər tərəfdən təhqir olunur, sıxışdırılırdı, alçaldılırdı.Azərbaycanın rəhbərləri Moskvaya tabe olaraq, Azərbaycana heç bir şey edə bilmirdilər. Məsələn Əbdürrəhman Vəfirov. Ermənistandan azərbaycalılar poqromla evlərindən çıxarıldı, öldürülənlər öldürüldü, yaralılar heyvan vaqonlarına doldurulub, Bakıya göndərildi. Vəzirov o zaman Moskavadan əmr almışdı ki, heç bir jurnalist, video-kamera olmasın. Gizli şəkildə inildəyən yaralılar Bakı bağzalına gətirilmişdi. Başlanğıc belə idi. Çox qəribə idi ki. Dünya da susurdu. Amerikanın dostu Qorbaçovun buna son qoymağa gücü çatardımı, yoxsa o özü artıq hakimiyyəti itirmişdi? Bu, bəşəriyyətə qarşı bir cinayətdir. Deportasiya cinayəti.

Vətənimə qarşı işlədilən böyük cinayətlə yanaşı, gözəl şeylər də baş verirdi. Azərbaycan rus ordusunu ərazilərindən çıxara bildi. Bu, Elçibəyin, Elçibəy hakimiyyətinin böyük qələbəsi idi. Bu qələbənin əhəmiyytini heç cür azaltmaq olmaz. Azərbaycanın müstəqilliyinin əsasını qoyan da məhz bu oldu. Yoxsa Azərbaycan da Ermənistan kimi eyni vəziyyətdə qalardı. Təəssüf ki, Qəbələ RLS-nin dağıdılıb,ləğv edilməsi mümkün olmadı. Bu stansiya bir yara kimi Azərbaycan torpağında indi də fəaliyyət göstərir.

Sual:Sovet İttifaqının süqutunun səbəbləri kimi SSRİ-nin xalqların istismarı üzərində qurulduğu, Sovet hökumətinin millətlər,ənənələr, kəndlərlə şəhər arasında fərqi görmədiyi və ya görmək istəmədiyi deyilir. Siz nə düşünürsünüz?

Cavab: Sovet hökuməti elə qurumuşdu ki, qurulduğu gündən yıxılacaqdı. Çünki o, normal, beynəlxalq qanunlar üzərində qurulmamışdı. Elə o vaxtlar onun ömürünün 3, 5, 6 ay, 1 il sürəcəyi deyilirdi. Heç kəs inamırdı ki, belə bir dövlət yaşaya bilər. Bir dövlət ki, fərasətli əkinçi və kəndli sinfini məhv edə, Sibirə sürgün edə, onların yerinə xalqın nifrət etdiyi kolxoz sistemi yarada. Stalin Sovet İttifaqında o qədər qan töküb ki, ondan da əvvəl Lenin.

Bu hakimiyyəti hakimiyyətdə saxlayan Adolf Hitler oldu. O, Sovet İttifaqına hücum etdikdə, Hitler kimi qeyri-insani şəxs və nasist Almaniyasının hücumunun qarşısına çıxan Sovet İttifaqı dünya ictimaiyyəti qarşısında özünü bir qədər doğrultdu və özünə legitimlik qazandı. Müharibə vaxtı proqressiv ələmin, yəni Amerika və İngiltərənin müttəfiqi oldu. Təsadüf şər olan Sovet İttifaqını xeyir qüvvələrin müttəfiqi etdi.

Sual: O zaman deyilirdi ki, xalqlar arasında fərqlər silinib. Hər halda xalqlar arasında fikir ayrılıqlarının olmadığı təbliğ edilirdi. Həqiqətənmi buna inam vardı?

Cavab:Bu belə deyildi. Gələcək də bunu göstərdi. Çünki bütün sovet xalqları işğal olunmuş xalqlar idi. Sovet İttifaqına daxil olan Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər respublikalar nəyə görə Rusiyanın tərkibində qalmadı? Başqaları da çıxmaq istəyirdi. Amma qoymadılar. Ən cəsarətlisi çeçenlər oldu. Onlar əllərində silah uzun müddət Rusiya ilə döyüşdü və indi də partizan müharibəsi davam edir. Sözsüz ki, Sovet İttifaqı milli məsələni həll edə bimədi. Milli məsələ yalnız demokratik dövlətdə həll oluna bilərdi. Sovet İttifaqı bütün tarixi boyu saxtalaşdırma, respessiya və terror metodlarından istifadə edib. Sovet ideologiyası məhkum edilməyib. Sovet ideologiyası və cinayətlərinin mühakiməsi üçün yeni Nüremberq lazımdır.

XS
SM
MD
LG