Accessibility links

“Biz əfv istəmirik, bəraət və üzrxahlıq tələb edirik” – “vicdan məhbusları”nın müraciəti


Həbsdə olan “vicdan məhbusu” kimi tanınan jurnalistlər Xədicə İsmayılova, Hilal Məmmədov və Pərviz Həşimli prezidentin əfv sərəncamına münasibət bildirib. Jurnalistlər müraciət və bəyanatlarını vəkilləri vasitəsi ilə yayıb.

Xədicə İsmayılova
Xədicə İsmayılova

“Biz əfv istəmirik, bəraət və bizə münasibətdə yol verilmiş qanun pozuntularına görə üzrxahlıq tələb edirik”. Bu barədə vicdan məhbusu Xədicə İsmayılova əfv fərmanına münasibət bildirərkən deyib.

X.İsmayılova ilə dekabrın 30-da vəkil Yalçın İmanov onun saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində görüşüb.

Vəkil deyir ki, Xədicə İsmayılova əfv sərəncamını hökumətin sağlam məntiqə qulaq asıb, səhvini düzəltmək üçün bir imkan kimi qiymətləndirib: “Hökumət bizə münasibətdə səhvə yol verib. Sağlam məntiqə qulaq asıb, səhvini düzəltmək istəsə, bu imkan var. Bunu etməyə məntiqi çatmırsa, hökuməti sağlam məntiqə dəvət edən istənilən addımı, o cümlədən ABŞ-dan gələn sanksiya təşəbbüslərini alıqışlayırırq. Vacib olan həqiqətin qələbəsinə nail olmaqdır. Yalanın “həbs-əfv-həbs” ssenarisi ilə davam etməsinə yardımçı olmaq bizə yaraşmaz”.

Yalanın “həbs-əfv-həbs” ssenarisi ilə davam etməsinə yardımçı olmaq bizə yaraşmaz.

Xədicə İsmayılova

Vəkil deyir ki, Xədicə İsmayılovaya görə, Amerika siyasətçiləri ilk dəfədir insan hüquqlarının bərpası üçün doğru və sistemli təşəbbüsə başlayıb: “Ümid edirəm ki, bu təşəbbüs sona qədər davam edəcək. Bu təşəbbüs heç kimin yox, məhz Azərbaycan xalqının maraqlarına xidmət edir. Yalnız özünü bu xalqın yanında yox, qarşısında görmək istəyənlər bu təşəbbüsə qarşı çıxa bilərlər”.

X.İsmayılova səhhəti və saxlanma şəraiti ilə bağlı hər hansı problemin olmadığını bildirib: “Yaxşıyam, ölkəmiz bizdən pis gündədir. Ölkəmizin xilası barədə fikirləşmək lazımdır, bizim xilasımız barədə yox”, o qeyd edib.

Hilal Məmmədov (Foto Ülvi Həsənlinindir)
Hilal Məmmədov (Foto Ülvi Həsənlinindir)

"Vicdan məhbusu" Hilal Məmmədovun ictimaiyyətə müraciətində deyilir ki, əfv sərəncamına hansısa formada ümidlə göz dikmək siyasi məhbus (o cümlədən vicdan məhbusu) ləyaqətinə əsla yaraşmaz.

“Aydın məsələdir ki, məzmunundan asılı olmayaraq istənilən əfv ərizəsi hüquqi və məntiqi baxımdan qondarma ittihamlarla razılaşmaq və bununla da öz ilkin haqq-ədalət naminə mübarizə məramına ciddi zərbə deməkdir. Yaşasın siyasi və vicdan məhbuslarının şərəf və ləyaqət həmrəyliyi! Yaşasın o yaxın – sabahkı Yeni il qələbələri!”, o qeyd edib.

Yaşasın siyasi və vicdan məhbuslarının şərəf və ləyaqət həmrəyliyi! Yaşasın o yaxın – sabahkı Yeni il qələbələri!

Hilal Məmmədov

H.Məmmədov ümid edir ki, bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 illik həbsə məhkum edilmiş Rauf Mirqədirovun yaşlı anasının və onun kimi bütün ana-bacıların ah-naləsi yerdə qalmayacaq.

“Təklifim budur ki, 31 dekabr siyasi məhbuslara Beynəlxal həmrəylik günü kimi tanınsın və ilk növbədə Dünya azərbaycanlılarını bu həmrəyliyə qoşulmağa çağırırıq”, o qeyd edib.

Pərviz Həşimli (Foto Ülvi Həsənlinindir)
Pərviz Həşimli (Foto Ülvi Həsənlinindir)

Pərviz Həşimlinin bəyanatında isə deyilir ki, bu yaxınlarda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun cinayətkar şəbəkəsi ifşa olunana qədər əfv barəsində düşünməyib.

“Çünki bu gün həbsdə olan Elçin Quliyev açıq şəkildə mənə deyirdi ki, E.Mahmudov istəməsə, sən azadlıq görməyəcəksən və səni Qaradağın istisində yandıracaq. Ancaq MTN-dəki cinayətkar qrup ifşa olunandan sonra

Əsas odur ki, cəmiyyət bizim suçlu olmadığımızı bilir və dözür.

Pərviz Həşimli

azadlığa çıxmağıma ümidim yarandı. Göründüyü kimi, bu, baş vermədi. Düşmən ölkə Ermənistandan olan əsirləri azad edən bir dövlət, günahsız həbs edilən vətəndaşların illərlə həbsdə qalmasına göz yumur. Olsun, əsas odur ki, cəmiyyət bizim suçlu olmadığımızı bilir və dözür”, jurnalist qeyd edib.

Azərbaycanın rəsmi qurumları jurnalistlərin müraciətinə hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG