Accessibility links

NİDA “Vicdana məktub” kampaniyasına başlayıb


"Vicdana məktub" kollajı (Kollaj NİDA-nın facebook səhifəsindən götürülüb)

"Vicdana məktub" kollajı (Kollaj NİDA-nın facebook səhifəsindən götürülüb)

N!DA Vətəndaş Hərəkatının "Vicdana məktub" kampaniyasına başladığını bəyan edib.

Hərəkatın rəsmi Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, kampaniya çərçivəsində bu həftə araşdırmaçı jurnalist Xədicə İsmayıla (5 dekabr tarixində həbsindən bir il ötür), Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə (16 dekabr tarixində həbsindən 2 il ötür), N!DA Vətəndaş Hərəkatının üzvü Əbdül Əbilova (17 dekabr doğum günüdür), hüquq müdafiəçisi Leyla Yunusa (21 dekabr doğum günüdür) və hüquq müdafiəçisi Rəsul Cəfərova məktub yaza bilərsiniz.

Məktub yazmaq üçün bu linkdən istifadə edə bilərsiniz:

https://docs.google.com/forms/d/1vQNlf6FptrIoj-hB2k5lNz1BNTQaNjdK1xAPN-dMItI/viewform

#azadet #vicdanamektub #vicdanaməktub — Abdul Abilov, Khadija Ismayil, Rasul Jafarov və Anar A. Mammadli ilə

Öz növbəsində, hökumət rəsmiləri ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların siyasi mənsubiyyətinə, fikirlərinə görə təqib edilmədiyini bəyan edir.

Bununla yanaşı, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda 27-dən 100-dək siyasi məhbusun olduğunu bildirir. Amnesty İnternationla 30-dək insanı "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG