Accessibility links

Bu gün Vyanada Beynəlxalq QİÇS confransı işini başa çatdırıb


Bu gün Vyanada Beynəlxalq QİÇS confransı işini başa çatdırıb

Bu gün Vyanada Beynəlxalq QİÇS confransı işini başa çatdırıb

Uqandalı Doktur Elli Katabira deyib ki, o zəngin ölkələri verdikləri vədlərinə əməl etmələri üçün onlara təzyiq göstərəcək

Beynəlxalq QİÇS cəmiyyətinin ilk Afrikalı prezidentinin başçılığı altında bu gün Vyanada Beynnəlxalq QİÇS confransı işini başa çatdırıb. Uqandalı Doktur Elli Katabira deyib ki, o zəngin ölkələri verdikləri vədlərinə əməl etmələri üçün onlara təzyiq göstərəcək. Bu ilki Vyana konfransında əsasən Şərqi Avropa və Mərkəzi Asiya ölkələri olmaqla, bir sıra ölkədə HİV vurusuna yoluxanların artdığı diqqətə çatdırılıb. Dr. Katabira HIV daşıyıcılarına qayğı və kömək sahəsində uzun müddət işləyib. O, Amerikanın Səsinə bildirib ki, BQC-nin iki il prezidenti kimi fəaliyyət müddəti ərzində HIV daşıyıçılarının təkmilləşdirilmiş səhiyyə xidmətləri ilə təmin edilməsi onun üçün prioritet olacaq. Dünya üzrə 33 milyondan çox insan HIV virusu daşıyıcısıdır. Vienada 20 000-nə qədər alim, vəkil, mütəxəssis və virus daşıyıcıları qlobal mübarizədə irələləyişi və nöqsanları nəzərdən keçirmək üçün görüşmüşdü. Növbəti QİÇS konfransı 2012-ci ildə paytaxt Vaşinqtonda keçiriləcək.

XS
SM
MD
LG