Accessibility links

ABŞ əsgəri ömürlük həbs cəzası ilə üzləşə bilər


İttihamçılar Wikileaks-ə ötürülən məxfi sənədlərin düşmən əlinə keçdiyinə dair sübutun olduğunu deyib

ABŞ ordusunun sıravi əsgəri Brədli Mənninqin vəkilləri onun gənc və təcrübəsiz olduğunu, lakin yüz minlərlə məxfi məlumatı Wikileaks internet səhifəsinə dünyanı daha yaxşı yer kimi görmək niyyəti ilə etdiyini bildirib.

Bazar ertəsi Mənninqin məhkəməsində açılış bəyanatında ittihamçılar deyib ki, otürülən məxfi məlumatlar düşmən əlinə keçib. İttihamçılar Usama bin Ladenin Wikileaks-ə ötürülən məlumatlarla maraqlanldığı və məlumatları əldə etdiyinə dair dəlillərin olduğunu bildirib.

Mənninq ona qarşı irəli sürülən 22 maddədən 10-na görə 20 il həbs cəzası ilə üzləşə bilər. Ancaq ona qarşı irəli sürülən düşmənə yardım maddəsi üzrə günahkar tanınsa, o, ömürlük həbs cəzası ala bilər.

25 yaşlı əsgər 2010-cu ildə İraqda xidmət etdyi zaman həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG