Accessibility links

Viktor Bout sentyabrın 12-də məhkəmə qarşısına çıxarılacaq


Viktor Bout sentyabrın 12-də məhkəmə qarşısına çıxarılacaq

Viktor Bout sentyabrın 12-də məhkəmə qarşısına çıxarılacaq

Dünən keçirilən hazırlıq iclasında silah qaçaqmalçısı barədə belə qərar çıxarılıb

ABŞ-ın federal məhkəməsi dünyanın ən təhlükəli silah qaçaqmalçılarından olan Keçmiş Sovet İttifaqının hərbi zabiti Viktor Boutun məhkəmə gününü sentyabrın 12-nə təyin edib. Boutla bağlı dünən Nyu-York şəhərində məhkəmənin hazırlıq iclası olub. Ötən ilin noyabrında Tailanddan ABŞ-a ekstradisiya olunandan sonra, o artıq ikinci dəfədir Birləşmiş Ştatlar məhkəməsi qarşısına çıxarılır. Bout karqo təyyarələrindən Cənubi Amerika, Afrika və Yaxın Şərqdə yaraqlılara silah göndərmək üçün istifadə etməkdə ittiham olunur. O iddia edir ki, qanuni nəqliyyat biznesi ilə məşğul olub.

XS
SM
MD
LG