Accessibility links

ABŞ B. Yayım Şurasının Bakıda səfərdə olan üzvü Ashe: Azərbaycan əhəmiyyətli ölkədir


ABŞ B. Yayım Şurasının Bakıda səfərdə olan üzvü Ashe: Azərbaycan əhəmiyyətli ölkədir
ABŞ B. Yayım Şurasının Bakıda səfərdə olan üzvü Ashe: Azərbaycan əhəmiyyətli ölkədir

Amerikanın Beynəlxalq Yayım Şurasının üzvü Viktor H.Ashe Azərbaycanda səfərdədir. Cənab Ashe Azərbaycan rəsmiləri ilə Amerikanın Səsi və Azadlıq radioları ilə bağlı müzakirə aparıb. Azərbaycan rəsmiləri Yayım Şurasının üzvünün Amerika radiolarının yerli FM tezliyində yayımının bərpa edilməsi ilə bağlı sualına “nə hə, nə də yox” cavabı veriblər.

Amerikanın Beynəlxalq Yayım Şurasının üzvü Viktor H.Ashe Azərbaycanda səfərdədir. Cənab Ashe Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycana səfərinin məqsədi və apardığı danışıqlar barədə məlumat verib. Azərbaycan rəsmiləri Yayım Şurasının üzvünün Amerikanın Səsi və Azadlıq radiolarının yerli FM tezliyində yayımının bərpa edilməsi ilə bağlı sualına “nə hə, nə də yox” deyib.

Sual: Azərbaycana səfərinizin əsas məqsədi nədir?

Cavab: Azərbaycana səfərimin əsas məqsədi ölkə liderlərinə, hökumət nümayəndələrinə Amerika Yayım Şurasının, Amerikanın Səsi, Azadlıq radiolarının nə ilə məşğul olduğunu çatdırmaq, azad və obyektiv xəbərin nə olması ilə bağlı fikirlərimi bildirmək idi.

Sual: Azərbaycanın hansı rəsmi şəxsləri ilə görüşübsünüz?

Cavab: Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla, Azərbaycan jurnalistləri ilə görüşdüm, Azadlıq radiosunun Bakı ofisində oldum.

Sual: Azərbaycanın hökumət rəsmisinin Amerika radioları ilə bağlı fikirləri necədir? Amerika radiolarının FM tezliyində yayımını bərpa etmək istəyirlərmi?

Cavab: Mən Azərbaycan hökumətinin əvəzinə cavab verə bilmərəm. Ancaq, bu məsələni qaldırdım. Rəsmi şəxslərdən nə hə, nə də yox cavabını almadım. Buna görə də, biz gələcəkdə bu məsələnin necə olacağına bir daha qayıdacağıq.

Sual: Yayım Şurasının üzvü kimi, Azərbaycan səfəriniz barədə təəssüratlarınız necədir? Amerika radioları daha effektiv işləmək üçün nə etməlidir?

Cavab: Səfər çox qısa müddətlidir. Amma qısa müddətdə olsa da Azərbaycanda çox isti və qonaqpərvər insanlarla tanış ola bildim. Azərbaycan çox əhəmiyyətli və mühüm ölkədir. Həm enerji resursları baxımından, həm də İran və Rusiya ilə həmsərhəd olduğundan Azərbaycanın əhəmiyyətli mövqedə yerləşdiyini deyə bilərəm. Bu ölkə bir sıra çətinliklərlə də üzləşib. Buna baxmayaraq, Azərbaycanın gələcəyini parlaq görürəm.

Bu ölkəyə səfər etmək mənim üçün çox xoş idi. Ümid edirəm ki, Azərbaycana yenidən qayıdacam və Bakını bir daha görmək imkanına malik olacam.



XS
SM
MD
LG