Accessibility links

Viktor Yanukoviç "güclü prezident" olmaq istəyir


Ukrayna Prezidenti Viktor Yanukovuç “güclü prezident”idarəsi yaratmaq üçün ölkənin konstitutsiyasında dəyişikliklər edilməsinə çağırıb. Kiyevdə çıxış edən cənab Yanukoviç bildirib ki, o, prezidentin ölkənin strateji kursunu müəyyən etdirməsi üçün daha çox səlahiyyətlərə malik olmasını istəyir. Onun sözlərinə görə bu növ dəyişikliklər Ukrayna konstitutsiyasında əsaslı dəyişikliklər tələb edir. Cənab Yanukoviç bu fikirləri fevralda hakimiyyətə gələndən bəri Müstəqillik Günündəki ilk çıxışında dilə gətirib. Həmin nitqdə prezident ölkəsinin Avropa İttifaqına inteqrasiya xəttinə sadiq qaldığını deyib və bunu Ukrayna xarici siyasətinin bir nömrəli prioriteti adlandırıb. ABŞ Dövlət Katibi Hillari Klinton da müstəqillik günü münasibətilə Ukrayna xalqına video-müraciət göndərib.

XS
SM
MD
LG