Accessibility links

Viktoriya Bekham 40 yaşını Londonda qeyd edib


Spice Girls musiqi qrupunun Posh ləqəbli üzvü Viktoriya Bekham 40 yaşını Londonun mərkəzindəki Meyfeyrdə, Arts klubunda özünəməxsus şəkildə qeyd edib.

Siyahıda adı olan Bekhamın keçmiş musiqi qrupunun üzvləri, Beybi, Sporty və Ginger fərdi üzvlər klubunda dəb-dəbəli Viktoriya Bekhamın 40 yaşını qeyd etmək üçün toplaşıb.

Viktoriyanın həyat yoldaşı Deyvid Bekham yaxın dostları Qordon Ramsey və Kris Martini də həyat yoldaşının ad günü mərasiminə dəvət edib.

Amma diqqət tam olaraq ulduzlara verilməyib. Viktoriya Bekhamın barmağındakı böyük emerald daşlı üzük də az diqqət çəkməyib. Bu üzüyü ona İngiltərənin keçmiş futbol komandasının kapitanı bir neçə il bundan əvvəl hədiyyə edib.

Maraqlıdır, görəsən Deyvidin bu dəfəki hədiyyəsi nə olub?
XS
SM
MD
LG