Accessibility links

Yanukoviç müxalifətlə dialoq və kompromis yolunu dəstəklədiyini deyib (Yenilənib)


Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə siyasi böhrana son qoyulması üçün siyasi müxalifətlə dialoq və kompromis yolunu dəstəklədiyini deyib.

ABŞ dövlət katibinin yardımçısı Viktoriya Nulandla görüşən cənab Yanukoviç Ukrayna konstitusiyasında prezidentin bəzi səlahiyyətlərinin parlamentə verilməsini nəzərdə tutan dəyişikliklərin edilməsini dəstəklədiyini bildirib.

Viktoriya Nuland prezidenti Viktor Yanukoviç və müxalifət tərəfdarları ilə danışıqlar aparmaq üçün cümə axşamı günü Kiyevə səfər edib.

Nuland Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eştonun hökumət əleyhinə nümayişlərin davam etdiyi bir zaman Ukrayna paytaxtına səfərindən bir gün sonra Kiyevə gəlib.

Prezident Yanukoviçin Rusiya ilə daha yaxın əlaqələr yaradaraq, Avropa İttifaqı ilə ticarətə dair sazişin imzalanmasından geri çəkilməsi həftələr sürən siyasi nümayişlərlə nəticələnmişdir. Keçən ay nümayişçiər və polislə toqquşma zamanı bir neçə insan həyatını itirmişdir.

Rusiya iqtisadi tənəzzüldən çıxa bilməsi üçün Ukraynaya 15 milyard dollarlıq yardım paketi vəd edib, lakin hələ bu vəsait ölkəyə çatıdırılmayıb. Rusiya prezidenti Vladimir Putin maliyyənin vəsaitinin Kiyevdə yeni hökumət yaradılan zaman çatdırılacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG