Accessibility links

Viktoriya Nuland:”Dehlidə, Gürcüstanda, Tailandda insidentlər İranın sponsorluğu ilə Bakıda hücum cəhdlərindən sonra baş verir”

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Niland Tailandda Banqkokda baş vermiş bomba partlayışları ilə bağlı açıqlama verib.

Dövlət Departamentində brifinq zamanı danışan Viktoriya Nuland deyib ki, bu bomba hücumları, bundan əvvəl Dehlidə və Gürcüstanda baş vermiş insidentlər və Azərbaycanda Bakıda İranın sponsorluğu ilə İsrail və Qərbin maraqlarına qarşı hücum cəhdlərinin ardınca baş verir.

Onun sözlərinə görə, Banqkokda Hizbullahla əlaqədar olan bu hücumlar oun göstərir ki, bəzi dövlətlər və qeyri-dövlət səviyyəsində qurumlar beynəlxalq terrorizmdən legitim xarici siyasət vasitəsi kimi istifadə etməyə davam edir. Viktoriya Nuland ABŞ-ın bunu qınadığını deyib.

Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın İsrailin iddia etdiyi kimi bu hücumların arxasında İranın durduğu fikrini bölüşdüyü sualının cavabında deyib ki, Birləşmiş Ştatlar təhqiqatın gedişində öz yardımını təklif edib və təhqiqatın nəticələrini gözləyir.

“Lakin bununla belə, nəzərə çatdırırıq ki, bu hücumlar İranın əli olduğu hücum cəhdlərinin arxasınca baş verib”-deyə o bildirib.Viktoriya Nuland ABŞ-ın bu hücumlardan narahat olduğunu və onların bəzisinin arxasında İranın durduğuna onandığını deyib.

XS
SM
MD
LG