Accessibility links

ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir


Viktoriya Nuland
Viktoriya Nuland

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland regiona səfər çərçivəsində fevralın 16-da Bakıya gələcək.

ABŞ Dövlət Departamentinin məlumatında deyilir ki, o, Bakıda ticarət və investisiyalar sahəsində ikitərəfli münasibətlərin müzakirəsi üçün yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcək.

Həmçinin, gündəlikdə energetika, terrorizmə qarşı mübarizə, insan hüquqları və vətəndaş cəmiyyəti problemləri var. Qarabağ nizamlanmasına da toxunulacaq.

Nulandın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçiriləcək.

Fevralın 17-də o, Tbilisiyə yola düşəcək, burada da analoji görüşlər və danışıqlar aparacaq.

Fevralın 18-də Nuland ikitərəfli məsələlərin və Qarabağ nizamlanmasının müzakirəsi üçün Yerevanda olacaq.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG