Accessibility links


ABŞ Dövlət katibinin müavini Vilyam Börns oktyabrın 20-22 Rusiyada səfərdə olacaq . Bu haqda Dövlət Departamenti açıqlama verib.

Moskvada Amerika diplomatının Rusiya rəsmiləri ilə görüşləri planlaşdırılıb. Vilyam Börns təhlükəsizlik sahəsində əməkdaşlıq, ticarət və investisiyaların həcminin artırılması kimi məsələlər daxil olmaqla, qlobal və ikitərəfli əməkdaşlığı əhatə edən bir sıra mövzular ətrafında geniş müzakirlər aparacaq.

Vilyam Börns ABŞ Dövlət Departamentində Rusiya üzrə ekspert hesab olunur. O, uzun müddət Moskvada ABŞ səfirliyində 90-cı illərdə siyasi şöbənin müdiri, 2005-2008 illərdə isə Birləşmiş Ştatların Rusiyada ABŞ səfiri vəzifələrində çalışıb.
XS
SM
MD
LG