Accessibility links

Son 77 ildə Vimbeldonun ilk britaniyalı qalibi - Endi Murrey


Endi Murrey 77 ildə kişilər arasında Vimbeldon tennis turnirinin qalibi olan ilk Böyük Britaniyalı olub. Murrey dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçi 6-4, 7-5 və 6-4 hesabları ilə 3 setdə məğlub edib. Qızmar yay günündə Murreyə qələbə üçün 3 saat 9 dəqiqə lazım olub. Oyun zamanı havanın temperaturu 30 dərəcə selsi qeydə alınıb.

Qalibi alqışlayan rəqibi Cokoviç onun möhtəşəm oyun göstərdiyini bildirib.

Keçən il Murrey finalda Roger Federerə məğlub olaraq ikinci yeri tutmuşdu. Matçdan sonra Murrey açıqlama verib. "Mən bilirəm hamı Vimbeldonun britaniyalı qalibinin olmasını nə qədər istəyirdi. Ümid edirəm bu hamınızı xoşuna gəldi" - deyə o, bildirib.

Son dəfə Vimbeldonda qələbə çalan britaniyalı 1936-cı ildə Fred perri olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG