Accessibility links

"Vinsent Sevgisi" Van Qoqun həyatı rəssamın rənglərinin dili ilə [Video]


"Vinsent Sevgisi" Van Qoqun həyatı rəssamın rənglərinin dili ilə
please wait

No media source currently available

0:00 0:02:46 0:00

60 rəssamın köməyi ilə bir qrup Oskar mükafatı almış kinorejissorlar Vinsent van Qoqun rəsm və təsvirlərindən istifadə edərək onun həyat və müəmmalı ölümü haqda film üzərində işləyirlər.

Filmin direktoru Dorota Kobiela deyir ki, bu ideya rəssamın qardaşına göndərdiyi məktubundan ilhamlanaraq meydana çıxıb.

Dorota Kobiela: "O, bizim rəsmlər vasitəsi ilə ünsiyyət saxlaya biləcəyimizi dedi. Və bu kəlimələr mənim üçün çox əhəmiyyətli idi. Əslində bizim kinonu bu cür çəkməyimizə səbəb budur."

Rejissorlar kinonu Polşada çəkməyə qərar veriblər. Çünki ölkənin rəssamları və incəsənət tələbələri yeddi ilə qədər vaxt sərf edərək bu sənətə yiyələniblər.

Qdanskda yerləşən emalatxanada bir neçə rəssam eyni vaxtda fərdi şəkildə yağlı boya ilə kətan lövhə üzərində işləyirlər.

Original əsər yansıdılaraq kətan üzərinə əslinə tam oxşar şəkildə köçürülür və sonra ssenariyə uyğun olaraq səhnələr hər əlavə rəsm vasitəsilə yavaş-yavaş dəyişdirilir.

Piotr Dominiak: "Animator bu material və rəsm əsərlərini yansıdılan rəsmə görə bir əvvəlki şəkili indikinin üstünə qoyaraq çəkmiş kimi olur. Əsər hazır olduqdan sonra şəkli çəkilir və proses yenidən başdan başlayır. 12 rəsm əsəri tamamlandıqda bizim bir saniyəlik kino materialımız hazır olur."

Proses orijinal rəsm əsərlərinə həyat verir və kinonu sanki sənətkarın özü tərəfindən çəkildiyi hissini verir.

Rejissorlara görə 80 dəqiqəlik kino üçün təxminən 57 min əllə çəkilmiş rəsm əsəri lazım olacaq. Onlar bu lahiyənin çətin olduğunu qəbul edir.

Haq Uelçman: "Gün ərzində mən bizim bu işdən ilhamlandığımızı və heç kimsənin etmədiyi bir şeyi etdiyimizi düşünürəm. Biz bunun öhdəsindən gələcəyik və həmçinin düşünürəm ki, bu dəlilikdir. Ona görə də indiyədək heç kim rəsm əsərlərindən kino çəkməyə cəhd etməyib."

Uelçman deyir ki, bütün rəsmləri çəkmək təxminən bir il yarım vaxt alacaq və təxminən altı ay da kinonun çəkilişinə sərf olunacaq.

XS
SM
MD
LG