Accessibility links

Türkiyədə partlayışla əlaqədar 26 nəfər nəzarət altına alınıb


Türkiyədə iki adamın ölümü ilə nəticələnən maşın partlayışı ilə əlaqədar 26 nəfər nəzarət altına alınıb.

Hadisə kürdlərin sıx məskunlaşdığı Şanlıurfa vilayətinin Viranşehir şəhərində baş verib. Partlayış yaxınlıqdakı maşın və binalara ciddi ziyan vurub.

Şənbə günü keçirilən mətbuat konfransında Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, partlayış zamanı 11 yaşlı oğlan uşağı və 27 yaşlı mühafizəçi həyatını itirib. Nazir yaralanan 11 nəfər arasında yerli prkurorun həyat yoldaşının olduğunu deyib. İki nəfərin vəziyyəti ağırdır.

Hökumət ofisinin bildirdiyinə görə, nəzarət altına alınan 26 nəfər arasında partlayıcı yerləşdirilən maşının sahibi də var.

Vali Güngör Əzim hücuma görə PKK-nı günahlandırıb.

Almaniyada Türkiyənin baş naziri Binali Yıldırımla görüşən ABŞ vitse-prezidenti Mayk Pens ona başsağılığı verib.

Ağ Evin bəyanatında deyilir ki, vitse-prezident ABŞ-ın strateji tərəfdaş və NATO müttəfiqi kimi Türkiyə qarşısındakı öhdəliklərə sadiq qaldığını deyib.

Türkiyə 2015-ci ildən İslam Dövləti və kürd yaraqlılarının hücumlarına məruz qalıb.

Böhran qrupunun bildirdiyinə görə, silahlı qarşıdurmalar 2571 adamın həlak olmasına yol açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG