Accessibility links

Cərşənbə günü Vircinya ştatında iki məhbus yoldaşını boğaraq öldürdüyünü və ölüm cəzası alana qədər bunu davam etdirəcəyini etiraf edən məhbus edam edilib. Ştatda son üç il ərzində ilk dəfə olaraq edam zamanı elektrik stulundan istifadə edilib.

42 yaşlı Robert Çarlz Qlison bildirib ki, məhkəmənin təyin etdiyi vəkillərin edam qərarının ləğvi və onun əqli durumunun yoxlanılması səylərinə baxmayaraq, o, edam olunmasını istəyir.

Rəsmilər vəkillərin müdafiə etdikləri məhkum haqda ölüm hökmü çıxarıldıqdan sonra onun uzun müddət təkadamlıq kamerada qalması nəticəsində qərar vermə qabiliyyətini itirdiyinə dair iddiaları rədd edib.

Vircinya İslah Departamentinin sözcüsü Lari Treylorun dediyinə görə, Qlison saat 21.08-də edam edilib. Treylor Qlisonun son sözlərinin irland dilində vulqar ifadə olduğunu bildirib.

Edam hallarını qeydə alan Ölüm Cəzası İnformasiya Mərkəzinin məlumatına əsasən, Qlison bu il ABŞ-da edam olunan ilk məhbusdur.

Vircinya ABŞ-da məhbuslara elektrik stul və ya iynə vurularaq edam edilmək kimi seçim hüququ verən doqquz ştatdan biridir. ABŞ-da ən geniş yayılan edam növü zəhərli iynə vurulması ilə icra olur.

Qlison 2007-ci ildə törətdiyi qətlə görə ömürlük həbs cəzasına məhkum edilmişdi. O, 2009-cu ildə may ayında Vircinyanın Valens Ric dövlət həbsxanasında 63 yaşlı məhbus Harvey Vatsonu döşəkağı ilə boğduğunu etiraf edib.

Bu, Vircinyada 2010-cu il mart ayından bəri elektrik stulundan istifadə edilərək icra olmuş edam halıdır. Ölüm Cəzası İnformasiya Mərkəzinin məlumatına əsasən keçən il ABŞ-da 43 insan edam edilib.
XS
SM
MD
LG