Accessibility links

ABŞ-ın Virciniya ştatında 50 universitet tələbəsini aparan avtobusun aşması nəticəsində 36 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Ştat polisi sürücünün avtobusun idarəetməsini itirdiyini və nəticədə avtobusun aşdığını dbildirir.

Fövqəladə hallar işçisi ölüm hallarının olmamasını möcüzə adlandırıb.

Sərnişinlərin əksəriyyəti Virciniya Universiteti, Virciniya Texnologiya Universiteti və Radford Universitetlərinin tələbələri olub. Onlar ənənəvi Şükranlıq bayramı tətilindən sonra universitetə dönürdülər.

XS
SM
MD
LG