Accessibility links

Elm

ABŞ hərbi təlimi virtual reallığa əsaslanır [Video]


Virtual realliq artıq sadəcə fantastika deyil.

Bu artıq ABŞ ordusu üçün əsl təlim cihazıdır.

Ancaq bu texnologiyanın bir çatışmayan cəhəti var.

Evan Suma: Biz ətrafda necə gəzə bilərik ki, bizim sadəcə məhdud yerimiz var.

Kaliforniya universitetindən Evan Suma deyir ki, hazırki texnologiya virtual reallıq istifadəçisinin üzləşəcəyi hərəkəti məhdudlaşdırır.

"Biz 900km2 fiziki ərazini 3000km2 virtual boşluğa çevirmə taktikasını göstəririrk."

O,bunu deyisdirmək üçün -Gəzintini iqtiqamətləndirmək- adlanan lahiyədə çalışır. Məqsədistifadəçilərin hisslərinə hiylə gəlmək, onları sanki sonsuz virtual dünyada hərəkət etdiklərini düşündürməkdir. Əslində isə reallıqda onlar məhdud yerdə gəzirlər.

Suma deyir ki, bu softveyri inkişaf etdirməyin mənası psixoloji təcrübələrin təkrarlamaqdır.

Evan Suma: Əgər dünyanı virtual realliqda olduğun vaxt başının ətrafında yavaş-yavaş döndərsəm, siz hiss etdiyinizdən çox gördüyünüzə inanacaqsız. Beləliklə mən bundan istifadə edərək sizi dairə ətrafinda gəzdirəcəm. Ancaq siz düz addımladığınızı düşünəcəksiz. Bu, psixoloji durumdur.

Proqram döyüş üçün əsgərlərə təlim keçməklə yanaşı, virtual reallıqda gəzməklə travmadan sonrakı əsəb pozuntusundan əziyyət çəkənlərə kömək edir.

Evan Suma: Virtual realllıqda hərəkət etdikdə və ya gəzdikdə, sənin mövcudluğunu, yəni virtual dünyanın bir hissəsi olmaq, təcrübə gücünü artır.

Bu təcrübədən həmçinin istehlakçılar da istifadə edə və video oyunlarda işlədə bilər, deyə Vlad Bahur bildirir.

Vlad Bahur: Bütün növ oyunlar, ilk insan oyunu, macəra oyunu, hətta idman oyunlarında.

Şirkətlər və universitetlərin mobil telefon kimi cihazlarda insanların hərəkətini izləyə bilmək üçün . texnoloji araşdırmala aparır.

Evan Suma bildirir ki, cihazın təkmil modeli hazır olduqda, virtual gəzinti softveri daha real təcrübə meydana gətirə bilər- həm ucuz –həm də daşınması asan. Həm müştərilərə, həm də döyüşlər üçün təlim keçmək istəyənlərə.

XS
SM
MD
LG