Accessibility links

Virtual reallıq gözlükləri növbəti ən çox tələb olunan cihaz olacaq [Video]


Virtual reallıq gözlükləri növbəti ən çox tələb olunan cihaz olacaq
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Texnologiya mütəxəssisləri deyir ki, smartfon bazarı getdikçə zəifləyir. İqtisadiyyatda geriləmə, bazarda bolluq və Çin və Hindistan şirkətləri tərəfindən rəqabətin artması mütəxəssislərin diqqətini gəlir gətirəcək yeni sahələrə yönəldib. Onlar virtual reallığın daha çox populyar olacağını düşünür. Virtual reallıq gözlüklərinin qiyməti getdikçə enir, bu texnologiya ilə işləyən cihazlar isə sürətlə artır.

Bu dünyaboyu artan mobil telefon istifadəçilərinin sayını göstərən sayğaçdır.

Bazar hələ də böyükdür və gəlir əldə etmək üçün imkanlar var. Lakin telefonun dizaynı istehsalçılardan böyük məharət tələb edir.

Ben Vud: “Həssas ekranda, batereyada və kamerada nə kimi dəyişiklik etmək olar? Mobil Dünya Konqresində görürük ki, bəzi istehsalçılar cihazlarda bu dəyişikliklərə riayət edib.”

Sony cihazlarında əsas önəm kameraya verilir. Xperia X telefonunun kamerası 0,6 saniyədən az bir vaxtda şəkil çəkə bilər.

LG şirkətinin yeni G5 telefonu isə modulyar dizaynı seçilir, xüsusi əlavələr bateryanın ömrünü uzadır, telefonun kamerası isə daha da təkmilləşdirilib.

Samsung Galaxy S7-nin böyük bateriyası və 200 qiqabayta qədər yaddaş əlavə etmək olar.

Lakin bu cihazlar çox bahadır. Buna görə də Çin və Hindistan istehsalçıları bazara daha ucuz smartfonlarla çıxır.

Neyl Mavston: “Biz inkişaf etmiş bazardan inkişaf etməkdə olan bazara keçidi görürük. Yəni Hindistan və Çin brendləri. Düşünürəm ki, gələcəkdə daha çox Afrika brendlərinə də rast gələcəyik.”

360 dərəcə çəkə bilən kameralar virtual reallıq imkanını meydana çıxarır. Artıq Samsung istehsal etdiyi telefonları artıq virtual reallıq gözlüklərinə qoşur.

Ben Vud: “Bu cihazlar yeni səhfə açacaq və bu istifadəçilər bazara istiqamət verəcək.”

İstehsalçılar ümid edir ki, yaxın zamanda hər kəs virtual reallıq eynəklərindən oyun oynamaq, fiziki olaraq mövcud olmayan dostları və ailələrilə əlaqə saxlamaq üçün istifadə edəcək.

Mark Zukerberq: “Biz bu il Afrika üzərində ilk peyki sınaqdan keçirəcəyik. Beləliklə, operatorlarla birgə işləyərək internet bağlantısını genişləndirəcəyik.”

Mütəxəssislər düşünür ki, bu ilin sonunadək istehlakçılar 13 miliyona yaxın virtual reallıq gözlükləri alacaq.

XS
SM
MD
LG