Accessibility links

Toxunulabilən virtual cisimlər [Video]


Toxunulabilən virtual cisimlər
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Hərəkəti tanıma texnologiyası istifadəçilərə kompyuterlə işləyən cihazlara əli sallamaqla əmr vermək imkanı verir. Ancaq, misal üçün, avtomobilin radiosunun səsvermə düyməsi kimi həqiqi cismi hiss edə bilsək, hərəkəti dəqiqləşdirə bilərik.

Bristol Universitetinin Kompyuter Elmləri departamentinin araşdırmaçılarının inkişaf etdirdikləri cihaz holoqrafik şəklə toxunma hissiyatını əlavə edir.

Texnologiyanın təsisçilərindən Sriram Subramanian deyir ki, cihazın işləmə prinsipi rok konsertdə səs dalğalarının sənin sinəndə yaratdığı təzyiqlə eynidir.

Sriram Subramanian: "Bas səsdən istifadə etmək yerinə biz 40khz ultrasəs frekansından istifadə edirik. Beləliklə biz dəqiqliklə barmaqda və ovucda hədəfi müəyyən edirik və siz ovucun titrədiyini hiss edirsiz."

Səs dalğaları 64 kiçik ultrasəs spikeri tərəfindən qəbul edilir və onların titrəyişi fərqli formalara salına bilər. Hətta onların virtual hərəkətləri belə.

Subramanian deyir ki, spikerlər 100-ə yaxın ultrasəs mərkəz nöqtəsi qura bilir.

Sriram Subramanian: "Bir anda yüzə yaxın səs mərkəz nöqtəsi sizin barmağınızın və ya ovucunuzun ətrafında toplaşarsa siz bunu dairəvi hiss edirsiz. Sizin ovucunuzda bunları aşağı-yuxarı hərəkət etdirsək və bu səs mərkəz nöqtələrinin diametrini dəyişsək, siz sanki dairə ətrafında hərəkət edirmiş kimi hiss edəcəksiz. Bu yolla biz formaları meydana gətiririk."

Subramanian deyir ki, cihaz tam inkişaf etdirildikdən sonra haptic adlanan texnologiya bir çox applikasiyalarda məişət və elektronik texnologiyalarından tutmuş xəstəxana əməliiyyat otaqları kimi fərqli sahələrdə tətbiq oluna bilər.

XS
SM
MD
LG