Accessibility links

Çində yeni növ quş qripi virusundan ölənlərin sayı artır


Çinin səhiyyə rəsmiləri yeni növ quş qripinə yoluxan dörd nəfərin vəfat etdiyini deyir. Bununla da ölənlərin sayı yeddi nəfərə çatıb.

Şərqi Cianqsu vilayətinin səhiyyə bürosu dünən üç qadın və bir kişinin H7N9 virusuna yoluxduğunu və ağır vəziyyətdə olduqlarını deyib.

Büronun bildirdiyinə görə, dörd hadisənin biri-biri ilə əlaqəsi olmayıb. Virus qurbanlarından biri quş fermasında işlədiyini, digərləri isə quşlarla təmasda olmadıqlarını deyiblər.

Bu hadisələr bazar günü üç nəfərin H7N9 virusuna yoluxmasının ardınca baş verib. Ölənlərin siyahısına ötən ayın əvvəlində Şanqhayda baş verən iki ölüm halı da daxildir.

Bu, ilk dəfədir ki, insanlar H7N9 quş virusuna yoluxur.

Ötən on ildə dünya boyu H5N1 quş virusuna yoluxmadan 360 nəfər ölüb.

Tədqiqatçılar virusun dəyişərək insanlar arasında geniş yayılacağından ehtiyat edirlər.
XS
SM
MD
LG