Accessibility links

Miluoki şəhərində polisin bir nəfəri qətlə yetirməsi iğtişaşlara səbəb olub


Viskonsin ştatının Miluoki şəhərində polisin silahlı şəxsi qətlə yetirməsi ilə əlaqədar başlayan etirazlar iğtişaşlarla nəticələnib. Etirazçılar və hüquq-müharizə orqanlarının əməkdaşları arasında toqquşma bir neçə saat sürüb. Şəhərin merinin sözlərinə görə, sosial mediada qızışdırılan iğtişaşlar zamanı dörd kommersiya müəssisəsi yandırılıb.

Şənbə günü axşam başlayan iğtişaşlar gecə yarıdan sonraya qədər mer Tom Barret və şəhər rəsmilərinin mətbuat konfransı keçirərək əhalini təmkinə çağırmasından sonra sakitləşib. Polis üç nəfərin həbs edildiyini və bir nəfər polis zabitinin maşına kərpic atılması nəticəsində xəsarət aldığını bildirib.

Milvoki şəhərində iğtişaşlar zamanı şüşələri sındırılmış polis maşını

Milvoki şəhərində iğtişaşlar zamanı şüşələri sındırılmış polis maşını

İğtişaşlara səbəb şənbə günü günorta maşını saxlandıqdan sonra polisdən qaçmağa çalışan bir nəfərin vurulub öldürülməsi olub. Polis həmin şəxsin silahlı olduğunu bildirib, lakin onun polisəsilah çıxarıb-çıxarmadığı aydın deyil.

Polis zabiti və öldürülən şəxsin kimliyi və irqinə dair məlumatlar açıqlanmayıb.
İnsident Viskonsin ştat rəsmləri tərəfindən araşdrılır. Mer Barret polisin üzərində kameranın olduğunu bildirib.

O deyib ki, sosial mediada iğtişaşlara çağırışlar edilərək, insanların hadisənin baş verdiyi yerə yığışması üçün təlimatlar verilib.

Mətbuat kofransında danışan mer daha sonra təmkinə çağıraraq əlavə edib: "Biz sakit olmalıyıq. Bu qonşuluqda yaşayan çox sayda gözəl insan var."

Barret 23 yaşlı şəxsin polis tərəfindən "şübhəli fəaliyyətlə" əlaqədar olaraq saxlandığını əlavə edib. Bundan öncə polis həmin şəxsin mart ayında oğurlanmış silah daşıdığını bildirib.

Polis öldürülən şəxsin bundan əvvəl həbsdə olduğuna dair məlumat verib. 24 yaşlı polis zabiti Milvoki polis idarəsində altı ildir çalışır.

XS
SM
MD
LG