Accessibility links

Ukraynanın boks üzrə dünya çempionu və müxalifət lideri Vitali Kliçko 2015-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti prezident seçkilərində hazırki prezident Viktor Yanukoviçə rəqib olacağını açıqlayıb.

Ağır çəkili boksçular arasında dünya çempionu olan 42 yaşlı Kliçko bunu bu gün parlamentdə bildirib. Açıqlama hakim partiyanın parlamentdə Almaniyada daimi yaşayış statusu olan Kliçkonun prezidentliyə namizədliyini çətinləşdirən qanunu qəbul etdirməsindən sonra verilib.

Vitali Kliçko deyib ki, onun qarşısını heç bir şayiə və cəhdlər ala bilməyəcək.

Boks üzrə dünya çempionu 2012-ci ildə korrupsiya əleyhinə mübarizə aparan Ukrayna Demokratik İslahatlar Alyansı - UDAR-ın (Ukrayna dilində tərcüməsi zərbə deməkdir) rəhbəri kimi parlamentin deputatı seçilib.
XS
SM
MD
LG