Accessibility links

Azərbaycan bir sıra Asiya və körfəz ölkələri üçün vizaları sadələşdirib


Viza

Viza

Azərbaycana bütün beynəlxalq hava limanlarından gələn sərnişinlər üçün fevralın 1-dən etibarən viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatına görə, bu mərkəzlərdə Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, eyni zamanda Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bir sıra xarici dövlətlərin vətəndaşlarına vizaların sadələşdirilməsi barədə məlumat yayıb.

Məlumatda deyilir ki,Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına 1 fevral 2016-ci il tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcəkdir.

Bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına da şamil edilir.

XS
SM
MD
LG