Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi Novruz bayramında ABŞ-a səfər edəcək insanların yanvar və fevral aylarında viza üçün müraciıət etmələrini tövsiyə edir.

Səfirliyin məlumatında deyilir ki, Novruz bayramı zamanı ABŞ-a səyyahət etməyi planlaşdıran səyyahlar planlarını qabaqcadan qurub mümkün qədər tez vizaya müraciət etsinlər.

“Bayram günləri yaxınlaşdıqca ABŞ vizasına müraciət edənlərin sayı artır. Əgər, siz mart ayına qədər gözləsəniz, viza görüşünün təyin edilməsi zamanı uzun növbə ilə üzləşə bilərsiniz. Gecikmələrin qarşısını almaq üçün ABŞ vizasına yanvar və fevral aylarında müraciət etmənizi tövsiyyə edirik”, səfirlik bildirir.

XS
SM
MD
LG