Accessibility links

Vəkil Elçin Namazov: Gənclərin həbsi bir mərkəzdən idarə olunur


Vəkil Elçin Namazov: Gənclərin həbsi bir mərkəzdən idarə olunur
Vəkil Elçin Namazov: Gənclərin həbsi bir mərkəzdən idarə olunur

Vəkil Elçin Namazov gənc fəalların həbsinin “11 mart - Böyük Xalq Günü” aksiyasının zəiflədilməsinə xidmət etdiyini bildirib. O keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevə qarşı fiziki və görünməmiş mənəvi işgəncələr verildiyini deyib. Vəkil dünən onunla Gəncə şəhərindəki təcridxanada görüşüb.

Son günlər saxlanmış gənc fəallar Bəxtiyar Hacıyev, Səxavət Soltanlı və Rəşadət Axundovun vəkili Elçin Namazov Amerikanın Səsi radiosuna müsahibəsində gənclərin həbsini “11 mart - Böyük Xalq Günü” aksiyasının zəiflədilməsinə xidmət etdiyini bildirib. O keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevə qarşı fiziki və görünməmiş mənəvi işgəncələr verildiyini deyib. Vəkil dünən onunla Gəncə şəhərindəki təcridxanada görüşüb.

Sual:Son günlər sosial şəbəkələrdə fəal olan gənclər hansı səbəbdən həbs edilir?

Cavab: Gənclərə qarşı irəli sürülən inzibati və cinayət ittihamları sübut edir ki, bu bilərəkdən həyata keçirilir və bir mərkəzdən idarə olunur. Gənclərə qarşı təyin edilən 5, 7, 10 sutkalıq həbslər göstərir ki, bütün bunlar “11 martda keçiriləcək virtual etiraz aksiyasının zəiflədilməsinə yönəlib. Səxavət Soltanlı Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinidir və aksiyalarda gənclərin rolu danılmazdır.

Sual: Həbsləri hüquqi baxımdan necə qiymətləndirirsiniz?

Cavab: Bu həbslər hüquqi baxımdan qəbul edilməzdir. Sizin vasitənizlə yaxın günlərdə rəsmi müraciət də edəcəm. Bu polisin hansısa maraqla siyasi alət kimi istifadəsidir və son zamanlar çox tez-tez rast gəlinən haldır.

Eyni zamanda, belə həbslər sosial şəbəkələrdə gəncləri daha da birləşdirir, onları mobil edir və narazıların sayı artır.

Sual: Bəxtiyar Hacıyevlə görüşübsünüz? Ona qarşı işgəncə faktlarının olması nə qədər realdır?

Cavab: Bəxtiyar Hacıyevə qarşı işgəncələrlə bağlı artıq sənədləşdirmə aparmışıq. İşgəncə faktları var və hədsiz dərəcədə çoxdur. Həm fiziki işgəncələr, həm də insanlığa sığmayan psixoloji işgəncələr olub. Bununla bağlı, hazırda Gəncə şəhər prokurorluğunda ayrıca material şəkilində araşdırma başlanıb. İşgəncə ilə bağlı ekspertiza keçirilib və bu işlə bağlı B.Hacıyevə qarşı cinayət işini aparan müstəntiqdən tamamilə başqa bir müstəntiq ayrılıb.

Sual: Hazırda Bəxtiyar Hacıyevin səhhəti necədir?

Cavab: Bəxtiyar Hacıyevin səhhəti hələ də psixoloji cəhətdən çox sarsıntı içərisindədir. Görünür qabaqcadan bu qədər özbaşınalıq və qanunsuzluqla üzləşəcəyini düşünməyib. Hətta, ona qarşı başqa şəxslərə tətbiq olunmamış dəhşətli fiziki işgəncə formalarından istifadə olunub. Hazırda, psixoloji cəhətdən çox böyük sarsıntı içərisindədir.

XS
SM
MD
LG