Accessibility links

Vəkil Eynulla Fətullayevin həyatına təhlükə olduğunu bildirib


Vəkil Eynulla Fətullayevin həyatına təhlükə olduğunu bildirib
Vəkil Eynulla Fətullayevin həyatına təhlükə olduğunu bildirib

Vəkil məlumat verib ki, jurnalist izolyatordan gecə vaxtlarında çıxararaq cəzaçəkmə müəssisəsinə aparılıb. “Yolda onu aparan avtomobil dayanıb və mühafizəsi olan avtomobilə iki maskalı şəxs daxil olub. Onlar Fətullayevi avtomobilin məhbuslar üçün nəzərdə tutulmuş kabinəsində döşəməyə uzadıb. Naməlum şəxslərdən biri ayağı ilə jurnalistin başını döşəməyə sıxıb və bu vəziyyətdə onu 1 saylı cəzaçəkmə müəssisəsinə aparıb”.

Narkotik saxlamaqda ittiham edilərək həbsdə saxlanılan “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru 2 martda gecə ikən köçürüldüyü 1 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinin karserində (məhbusların cəza kamerası) yerləşib.

Vəkil Anar Qasımov bildirib ki, cənab Fətullayev həyatına olan təhlükə ilə bağlı belə addım atıb.

Əvvəllər Fətullayev israr edirdi ki, onu müvəqqəti yerləşdirildiyi istintaq izolyatorundan keçmiş hüquq mühafizə orqanları əməkdaşlarının cəza çəkdiyi 9 saylı cəzaçəkmə müəssisəsinə köçürsünlər. Fətullayev hesab edir ki, orada onun üçün daha təhlükəsiz olar.

Vəkil məlumat verib ki, jurnalist izolyatordan gecə vaxtlarında çıxararaq cəzaçəkmə müəssisəsinə aparılıb. “Yolda onu aparan avtomobil dayanıb və mühafizəsi olan avtomobilə iki maskalı şəxs daxil olub. Onlar Fətullayevi avtomobilin məhbuslar üçün nəzərdə tutulmuş kabinəsində döşəməyə uzadıb. Naməlum şəxslərdən biri ayağı ilə jurnalistin başını döşəməyə sıxıb və bu vəziyyətdə onu 1 saylı cəzaçəkmə müəssisəsinə aparıb”, - deyə vəkil qeyd edib.

Cənab Fətullayev vəkilə məlumat verib ki, 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir və daha radikal addımlar atmağa hazırdır. "Ombudsman aparatının əməkdaşları artıq onunla görüşüb və ona vəd verilib ki, Fətullayev 9 saylı koloniyaya köçürüləcək", - deyə vəkil bildirib.

Baş redaktorun atası Emin Fətullayev oğlunun həyatı üçün narahatlığını bildirib.

Cənab Fətullayev 2007-ci ildə iki dəfə mühakimə edilərək 8,5 illiyə azadlıqdan məhrum edilib. 2010-cu ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi onun hüquqlarının pozulduğunu bildirib və dərhal həbsdən azad edilməsi barədə qərar çıxarıb. 2010-cu il noyabrın 11-də Azərbaycan Ali Məhkəməsi Avropa məhkəməsinin qərarını yerinə yetirərək Fətullayev barəsində çıxarılan 8,5 il müddətinə azadlıqdan məhrumetmə qərarını ləğv edib. Amma Qaradağ rayon Məhkəməsi 2010-cu il iyulun 6-da qanunsuz narkotik maddə saxlaması ilə bağlı jurnalist Eynulla Fətullayevin 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb və Bakı Apelyasiya Məhkəməsi yanvarın 25-də keçirilən prosesdə hökmü qüvvədə saxlayıb.
Amnesty International Fətullayevi “vicdan məhbusu” kimi tanıyıb.

Öz növbəsində, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov hesab edir ki, 1 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalist Eynulla Fətullayevin həyatına təhlükə yoxdur.

O “Media forum” saytına açıqlamasında deyib ki, Eynulla Fətullayevin ədliyyə naziri Fikrət Məmmədova müraciətinə baxılıb: “Eynulla Fətullayev müraciətində qeyd edir ki, hansı səbəbdən bu və ya digər cəzaçəkmə müəssisəsinə göndərilməkdən ehtiyatlanır. O, 9 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməsini xahiş edir. Bununla əlaqədar müvafiq araşdırma aparılıb. Araşdırmadan sonra bu qənaətə gəlinib ki, jurnalistin həyatı üçün ciddi təhlükə yoxdur. Bundan sonra 1 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməsi uyğun bilinib”.

XS
SM
MD
LG