Accessibility links

Bosniyanın Müharibə Cinayətləri Məhkəməsi Bosniyanın serblərinin yarı-hərbi qüvvələrinin sabiq başçısını 1992-1995-ci illərdə Bosniya müharibəsində törətdiyi cinayətlərə görə 45 il həbs cəzasına məhkum edib.

Monteneqroda "Batko" ləqəbi ilə tanınan Veselin Vlaxoviç 1992-ci ildə serblərin işğal etdiyi Qrbavitsa və Vrasa şəhərlərində 31 nəfəri qətlə yetirməkdə, azı 13 qadını zorlamaqda və işgəncə verməkdə, onlarla insanı qarət etməkdə ittiham edilir.

Müharibə vaxtı Veselin Vlaxoviçi "Qrbavitsa Cəlladı" kimi ad çıxarmışdı.

2001-ci ildə Monteneqro həbsxanasından qaçan Vlaxoviç 2010-cu ildə İspaniyada həbs edilərək, Bosniyaya təhvil verilib.
XS
SM
MD
LG