Accessibility links

Vladimir Putin ABŞ-ı START müqaviləsini təsdiq etməyə çağırır


Vladimir Putin ABŞ-ı START müqaviləsini təsdiq etməyə çağırır

Vladimir Putin ABŞ-ı START müqaviləsini təsdiq etməyə çağırır

Rusiya baş naziri Vladimir Putin xəbərdarlıq edib ki, əgər ABŞ START müqaviləsini ratifikasiya etməsə, onda Rusiya nüvə arsenalını artıracaq. CNN telekanalına müsahibə verən cənab Putin deyib ki, yeni müqavilə ABŞ-ın öz maraqlarına xidmət edir. Onun sözlərinə görə ABŞ Senatının bunu nəzərdən qaçırması “səfehlik” olardı. Baş nazir həmçinin söyləyib ki, əgər ABŞ Rusiya sərhədlərinə yaxın ərazidə anti-raket sistemi yerləşdirsə, onda Rusiya öz təhlükəsizliyini təmin etmək məcburiyyətində qalacaq. Vladimir Putin ABŞ prezidenti Barak Obamaya ABŞ-Rusiya münasibətlərində ritorikanı mülayimləşdirdiyinə görə təşəkkür edib. Cənab Putin müsahibədə Koreya yarımadasındakı durum və İranın nüvə proqramı haqda da öz fikirlərini ifadə edib.

XS
SM
MD
LG