Accessibility links

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində yüzlərlə insanın ölümünə səbəb olan böhranda münaqişə tərəfləri arasında hərtərəfli danışıqların keçirilməsinə çağırıb.

Rusiya lideri Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, o, Ukrayna prezidenti Petro Poroşenkonun atəşkəs çağırışını yüksək qiymətləndirir. Ancaq cənab Putin sözlərinə görə, təəssüf ki, dünən axşam saatlarında Ukrayna tərəfinin artileriya atəşı açdığı məlum olub. O, bu hadisənin Poroşenkonun təktərəfli atəşkəs elan etməsindən bir gün sonra baş verdiyini vurğulayıb.

Dünən habelə cənab Poroşenko sülh planını təqdim edərək bütün tərəfləri planı dəstəkləməyə cə danışıqlarda fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.

Buna baxmayaraq dünən səhər rusiyapərəst separatçıları Ukraynanın təktərəfli atəşkəsini qəbul etməyib.

Ukraynanın sərhəd mühafizə xidməti bildirib ki, cənab Poroşenkonu döyüşləri dayandırmaq baərə göstəriş verəndən bir neçə saat sonra üsyançılar Donetsk regionundakı postlardan birinə hücum edib. Hücum zamanı ən azı 3 əsgər yaralanıb.

Dünən özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikasının bir qrup döyüşçüsü Donetskin mərkəzi meydanında toplaşaraq torpaqlarını qoruyacaqlarına dair hərbi and içiblər.
XS
SM
MD
LG