Accessibility links

Vladimir Putin: `Ekstremizmin qarşısı alınmalıdır`


Vladimir Putin: `Ekstremizmin qarşısı alınmalıdır`

Vladimir Putin: `Ekstremizmin qarşısı alınmalıdır`

Rusiyanın baş naziri Vladimir Putin Moskvada etnik zəmində vüsət alan ekstremizmin qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Cənab Putin bunu bu gün, televiziya ilə etdiyi illik sual-cavab sessiyası zamanı deyib. Baş nazir bu açıqlamanı keçən həftənin şənbə günü 5000-nə qədər gəncin Moskvanın Spartak stadionunda bir azarkeşin ölümündən sonra polisə, Mərkəzi Asiya və Qafqazdan olanlara hücumundan sonra verib. Çıxışı zamanı cənab Putin neft maqnatı və hal-hazırda vergilərdən yayınmaq ittihamı ilə həbsdə yatan Mixail Xodorkovski barədə danışarkən, “oğru həbsxanada olmalıdır” deyib.

XS
SM
MD
LG